CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü necə geyinməli olduğunuzdan xəbərdar olun

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq

BAKI, 11 yanvar — Sputnik. Yanvarın 12-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Azərbaycana səyahət: dağlardan daha yaxşı yalnız dağlar ola bilər  - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstirahət günlərində səyahət edə bilərsiz – İmkan olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Xəbər lenti
0