Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

On bir şirkətimiz xaricə üz tutur – Hədəf Almaniyadır

© Sputnik / Igor Zarembo / Mediabanka keçidВид на восточную часть Берлина со смотровой площадки Французского собора
Вид на восточную часть Берлина со смотровой площадки Французского собора - Sputnik Azərbaycan
Abunə olmaq
Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" sərgisi keçiriləcək

BAKI, 11 yanvar — Sputnik. Yanvarın 17-26-da Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisi keçiriləcək.

Вид на телебашню - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bakıda qeyri-adi sərgi keçiriləcək

Azərbaycan İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirəcək.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 70-dən çox ölkəsindən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunacaq.

Xəbər lenti
0