Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İbrahim Əhmədov SOCAR-ın yeni hədəflərindən danışır

© Photo : Из личного архива Ибрагима АхмедоваAzərbaycan Dövlət Neft Şirkətinin rəsmi nümayəndəsi İbrahim Əhmədov
Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi nümayəndəsi İbrahim Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi nümayəndəsi İbrahim Əhmədov deyir ki, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun modernləşdirilməsini bu ilin ortalarına kimi başa çatdırmaq planlaşdırılır
İbrahim Əhmədov: “SOCAR BP ilə birgə layihə reallaşdıracaq”

“Bu il Azərbaycanda yeni karbamid zavodunun ötən il başlamış layihələndirilməsinin başa çatması planlaşdırılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

“Bundan sonra mühəndis layihəsi hazırlanacaq və şirkətin rəhbərliyinə təqdim olunacaq. Daha sonar isə Sumqayıt kimya-sənaye parkında yeni karbamid zavodunun tikintisi barədə qərar qəbul ediləcək. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun modernləşdirilməsini bu ilin ortalarına kimi başa çatdırmaq planlaşdırılır. Şirkətin planları arasında həmçinin Türkiyənin Əliağa yarımadasında “Petkim" neft-kimya kompleksinin və STAR zavodunun yaxınlığında aromatik maddələr zavodunun tikintisi ilə əlaqədar investisiya qərarlarının qəbul edilməsi daxildir. Layihə BP ilə birgə reallaşdırılacaq. Ötən il ilkin mühəndis layihəsi hazırlanıb, bu il isə müvafiq olaraq investisiya qərarları qəbul olunacaq” – deyə İ.Əhmədov bildirib.

İbrahim Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0