CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə millət vəkillərindən otuzu yeni Milli Məclisdə olmayacaq - SİYAHI

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin deputatlarından kimlərin növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi dəqiqləşib

BAKI, 10 yanvar — Sputnik. V çağırış Milli Məclisdə təmsil olunmuş deputatların bir qismi 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, onlar namizədliklərini yenidən irəli sürməyiblər.

Həmin deputatlar aşağıdakılardır:

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Seçki təşviqatını yalnız bu yerlərdə apara biləcəksiniz - SİYAHI

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı.

Bitərəf deputatlar: Əflatun Amaşov, Zeynəb Xanlarova, Elmira Axundova, Elxan Süleymanov, Gövhər Baxşəliyeva, Mahir Aslanov, Valeh Ələsgərov, Flora Qasımova, Aytən Mustafazadə, Müslüm Məmmədov.

V çağırış Milli Məclisin deputatı olmuş 18 YAP-çı da partiyanın namizədlər siyahısından kənarda qalıb.

Həmin deputatların siyahısı isə belədir:

Rövnəq Abdullayev, Dilarə Cəbrayılova, Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Xanlar Fətiyev, Mirzəcan Xəlilov, Tahir Süleymanov, İlham Əliyev, Arif Rəhimzadə, Elçin Quliyev, Mirkazım Kazımov, Nəriman Əliyev, Əsabil Qasımov, 

Bahar Muradova, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Cavid Qurbanov.

Xəbər lenti
0