Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 10 yanvar – Sputnik. Üç gün əvvəl itkin düşmüş Bərdə sakininin meyiti tapılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bərdə rayonunun Zümürxan kənd sakini Qədim Quliyevin axtarışında polislə bərabər kənd sakinləri də iştirak ediblər. Kənd sakininin meyiti bu gün evlərinin yaxınlıqdakı işləməyən obyektlərdən birində aşkar olunub.
Məlumata görə, 1958-ci il təvəllüdlü Qədim Quliyev ruhi əsəb xəstəsi olub. Vaxtaşırı dispanser müalicəsi alıb. Son günlər əsəblərində yaranmış gərginliyə görə yenidən dispanser müalicəsinə aparılması nəzərdə tutulubmuş.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.