Pakistanda məscid partladı: ölən və yaralıların sayı artır

© REUTERS / Naseer Ahmed Pakistanın Kvetta şəhərində hospitalda partlayış törədilib
Pakistanın Kvetta şəhərində hospitalda partlayış törədilib - Sputnik Azərbaycan
Abunə olmaq
Öncə 11 nəfərin öldüyü, 12 nəfərin isə xəsarət aldığı bildirilirdi. Telekanal bildirib ki, ölənlər arasında şəhər polis rəisinin müavini də var.

BAKI, 10 yanvar — Sputnik. Pakistanın Kvetta şəhərindəki məsciddə partlayış olub.

Sputnik Azərbaycan bildirir ki, GeoTV telekanalının məlumatına görə, ölənlərin sayı 15-ə çatıb. Daha 20 nəfər isə yaralanıb.

Öncə 11 nəfərin öldüyü, 12 nəfərin isə xəsarət aldığı bildirilirdi. Telekanal bildirib ki, ölənlər arasında şəhər polis rəisinin müavini də var.

Partlayış cümə günü axşam saatlarında şəhərin Qusabad rayonunda baş verib. Polis hadisənin səbəblərini araşdırır. Hüquq mühafizə orqanları ərazini əhatəyə alaraq araşdırmalara başlayıblar.

Xəbər lenti
0