CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTRŞ 102,0 radio tezliyinə elan etdiyi müsabiqəni niyə ləğv etdi?

Abunə olmaq
Milli Televiziya və Radio Şurasının "Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.8.-ci bəndinə əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib

BAKI, 10 yanvar — Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: "Real Təhlil İnformasiya Mərkəzi" MMC; "TV-Media Azerbaijan" MMC; "Balans Studiyası" MMC; "İNS ÇM" MMC; "OMD Azerbaijan" MMC. Üç iddiaçı - "TV-Media Azerbaijan" MMC, "OMD Azerbaijan" MMC və "Real Təhlil İnformasiya Mərkəzi" MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının "Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.

Xəbər lenti
0