İran şənbə günü vacib açıqlama verəcək

© AFP 2024На месте крушения самолета в Иране
На месте крушения самолета в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Axırıncı dəfə təyyarənin yeri Tehran yaxınlığında, Parand rayonunda qeydə alınıb. Təyyarənin göyərtəsində 167 sərnişin və 9 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb

BAKI, 10 yanvar — Sputnik. İran hökuməti Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsinin qəzaya uğrama səbəbini şənbə günü açıqlamaq niyyətindədir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

"Sabah aviasiya qəzaları üzrə komissiyanın iclasından sonra Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi ülan ediləcək", - agentliyin müsahibi bildirib.

Yanvarın 8-də Ukraynanın "Boeing 737" sərnişin təyyarəsi Tehranda İmam Xomeyni adına Beynəlxalq Hava limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədəki bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar.

"PS752" saylı sərnişin reysi yerli vaxtla saat 05:15-də Tehrandan Kiyevə istiqamət götürüb və tezliklə radarlardan itib. "Flight Radar" portalının yaydığı məlumata görə, layner uçuşa başlayandan iki dəqiqə sonra məlumatın ötürülməsini dayandırıb. Axırıncı dəfə təyyarənin yeri Tehran yaxınlığında, Parand rayonunda qeydə alınıb. Təyyarənin göyərtəsində 167 sərnişin və 9 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Xəbər lenti
0