İçərişəhər: pişiklər, pozitiv enerji və labirintlər şəhəri

© Sputnik / Murad OrujovСтарые дома постепенно реставрируют – они начинают играть новыми красками
Старые дома постепенно реставрируют – они начинают играть новыми красками - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan paytaxtına gələn hər bir turist və qonaq ilk növbədə Qədim şəhərə yollanır. Sputnik Azərbaycan bu tarixi və memarlıq abidəsi ilə bağlı sirləri açmaq qərarına gəlib.

BAKI, 10 yanvar – Sputnik. Bakının döyünən ürəyi İçərişəhər haqqında çox şey yazılıb və deyilib, buna görə də hər kəs – hətta buranın labirint küçələrində gəzmək şansı olmayanlar belə qala divarlarının daxilindəki atmosferi hiss edə bilər.

Кадр из художественного фильма Бриллиантовая рука  - Sputnik Azərbaycan
Ostrovskaya: Məni "Brilyant əl"in Bakıdakı çəkilişinə küçədən apardılar

2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunları Bakıda keçiriləcək. Sputnik Azərbaycan bu möhtəşəm hadisənin ərəfəsində İçərişəhər küçələrində gəzişməyi, tanıdığımız və hələ də tanış olmayan evlərə yenidən göz atmağı təklif edir.

Beləliklə, paytaxtın göydələnlərini geridə qoyub Qoşa qala qapılarına yollanırıq. Çoxəsrlik yaşı olan evlərin arasındakı küçələrə döşənmiş dördtin daşın üzərinə addım basırıq və yeni kəşflər üçün dar xiyabanlara doğru hərəkət edirik.

Bələdçimiz olmağı məmnuniyyətlə qəbul etmiş teleaparıcı Rahib Azəri şəhərdə ürəyimiz istədiyi kimi gəzməyi bizə məsləhət görür.

"Qədim şəhərdə hər kəs özünə xoş olan bir şey tapacaq. Əminəm ki, hər bir qonaq üçün - istər Bakı sakini, istərsə də turist üçün şəhər dərhal doğmalaşacaq. Uzun illər boyu İçərişəhər buradan keçən hər bir kəsi açıq əllərlə qarşılayır. Amma burada yenidən gəzməyə çıxmaq istəsəniz, çox güman ki, tamamilə başqa bir marşrutla gedəcəksiniz və qarşınıza yeni bir şey çıxacaq", - bələdçimiz deyir.

Hər birimiz dəfələrlə demişik ki, Qədim şəhər ildən-ilə dəyişir – lakin əsasən yaxşı istiqamətdə. Qədim evlər tədricən bərpa olunur və onlar sanki yenidən canlanır. Rahib Azərinin sözlərinə görə, bütün bu müddət ərzində şəhər daxilində heç bir ev sökülməyib, əksinə, hətta hər kiçik daşı qoruyub saxlamağa çalışırlar.

"Fəxrlə deyə bilərəm ki, İçərişəhərdə evləri dağıdan bir traktor da görmək olmaz. İşçilərin əlində laqunda görməzsən. İçərişəhərdə bu qadağandır. Binaların bərpası və qorunması ilə bağlı bütün işlər əl ilə aparılır. Biz daşları suvaqdan sözün həqiqi mənasında azad edirik ki, onlar ikinci və hətta üçüncü həyatlarını yaşaya bilsinlər", - bələdçimiz deyir.

İçərişəhərdə 17-ci əsrə aid tarixi hamam əvvəlki görünüşünə qaytarılır

Yaşayış binaları isə başqa bir söhbətdir. Buradakı evlər daşdan tikilib, üç-dörd mərtəbəlidirlər və onların zərif oymalarla bəzədilmiş tirləri və damları olan nəhəng taxta eyvan-terrasları var. Böyük Qala küçəsi boyunca gedirik – buradakı binalar sanki bir-biri ilə yarışa girib. Bir-birinə bənzəməyən, hər birinin öz dizaynı və naxışları olan qapılar və eyvanlar sanki xəyalları canlandırır.

Yeri gəlmişkən, XX əsrin əvvəllərində Böyük qala küçəsi Dadaşov küçəsi adlanırdı. Milyonçu Hacı ağa Dadaşovun evləri məhz bu küçədə tikilib. Bələdçimizin dediyinə görə, Dadaşov bütün marağını və enerjisini daşınmaz əmlak inşaatına və dəniz ticarəti ilə məşğul olmaq üçün gəmiqayırmaya yönəldirdi. Onun Bakı şəhərində 40-dan çox daşınmaz əmlak obyekti var idi və gəmiləri Xəzər dənizində üzürdülər.

© Sputnik / Murad OrujovТелеведущий Рахиб Азери любезно согласился стать нашим гидом.
Teleaparıcı Rahib Azəri bizim üçün bələdçi olmağa razılaşdı - Sputnik Azərbaycan
1/5
Teleaparıcı Rahib Azəri bizim üçün bələdçi olmağa razılaşdı
© Sputnik / Murad OrujovВ Старом городе каждый найдет что-то свое.
Köhnə şəhərdə hər kəs istədiyini tapa biləcək - Sputnik Azərbaycan
2/5
Köhnə şəhərdə hər kəs istədiyini tapa biləcək
© Sputnik / Murad OrujovСтарые дома постепенно реставрируют – они начинают играть новыми красками.
Köhnə evlər restavrasiya olunur - Sputnik Azərbaycan
3/5
Köhnə evlər restavrasiya olunur
© Sputnik / Murad OrujovОсобенно будоражат двери и балконы, которые не похожи один на другой.
Bir-birinə bənzəməyn qapı və balkonlar xüsusən diqqət çəkir - Sputnik Azərbaycan
4/5
Bir-birinə bənzəməyn qapı və balkonlar xüsusən diqqət çəkir
© Sputnik / Murad OrujovЗдесь стараются сохранить каждый камешек.
Burada hər bir daşı saxlamağa çalışırlar - Sputnik Azərbaycan
5/5
Burada hər bir daşı saxlamağa çalışırlar
1/5
Teleaparıcı Rahib Azəri bizim üçün bələdçi olmağa razılaşdı
2/5
Köhnə şəhərdə hər kəs istədiyini tapa biləcək
3/5
Köhnə evlər restavrasiya olunur
4/5
Bir-birinə bənzəməyn qapı və balkonlar xüsusən diqqət çəkir
5/5
Burada hər bir daşı saxlamağa çalışırlar

Şəhərin böyük bir hissəsini gəzəndən sonra Rahib Azəri soruşur: "Yoruldunuz?" Məlum olur ki, İçərişəhərdə iki mərkəzi küçə var – Böyük Qala və Kiçik Qala.

"Maraqlıdır ki, Kiçik Qala küçəsi Böyük Qala küçəsindən daha uzundur. Hərçənd adlar bunun əksini söyləyir", - Azəri deyir.

Kiçik Qala küçəsi Salyan qapısından başlayaraq şimal-qərb istiqamətində qala divarları boyunca uzanır və Şamaxı darvazasına doğru aparır.

Qədimdə karvanların şəhərə girməsinə yalnız karvançıların əvvəlcədən hamamda təmizlənməsindən sonra icazə verilərdi.

Yeri gəlmişkən, hamamlar bu günə qədər Qədim şəhərin ən populyar yerlərindən biri olaraq qalır. Rahib Azərinin sözlərinə görə, əvvəllər hamamlarda kişi və qadın günləri xüsusi simvollarla fərqlənirdi.

"Qadın günlərində hamamın qapısına qadın yaylığı asılardı, kişi günlərində isə qapını milli papaq bəzəyərdi. Bu adət-ənənələr saxlanılmayıb. Lakin XVIII əsrdə Şamaxı sakini Ağa Mikayıl tərəfindən "Hamamçılar məhəlləsi" deyilən ərazidə tikilmiş "Ağa Mikayıl hamamı" yerli və xarici mütəxəssislər tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə edilməklə bərpa edilib", - bələdçimiz deyir.

Gəzinti zamanı diqqətimizi həmçinin daş fənərlər və saat zəngləri də çəkir.

"Məsələ bundadır ki, Bakı küçələri XIX əsrin sonlarında işıqlandırılmağa başlanıb və əvvəlcə bunun üçün mazut lampalarından istifadə edilirdi. İçərişəhərin memarları isə fənərləri birbaşa binalara quraşdırırdılar ki, onlar da bu günə qədər qalırlar. Maraqlıdır ki, qala divarları üzərindəki daş siferblat elə zamanın dayanmasının simvoludur. Lakin memarların bununla bizə nə demək istədiyini ancaq təxmin edə bilərik", - Rahib Azəri deyir.

İçərişəhərdə hər cür əfsanə eşidəcəksiniz. Məsələn, Qədim şəhərin Küllə küçəsində qeyri-adi heykəllərə rast gələ bilərsiniz. Romantikanı sevənlər orada dekorativ eyvandan baxan oğlan və qızla görüşəcəklər. Onların arasında bir pişik dayanıb, daha üç pişik isə yuxarıdan seyr edir.

"İçərişəhər"lə bağlı rəsmi açıqlama verildi: Heç bir söküntüdən söhbət gedə bilməz

Bu heykəllər qrupu ilə əlaqəli heç bir əfsanə yoxdur, yalnız ümumi bir təəssürat var: sanki aşiqlər hər kəsdən gizlənir və yalnız pişiklər onların sevgisinin şahidləridir. Lakin Rahib Azəri deyir ki, pişiklər Qədim şəhərin xüsusi sakinləridir. O, İçərişəhərdə uzun illər işlədiyi vaxtda burada bir dəfə də olsun it görməyib.

"Pişiklər İçərişəhərin sahibləridir. Köhnə inanclara görə, pişiyin evdə olması həmişə rahatlığın, sevincin və müsbət enerjinin olması deməkdir. Bu heyvanlar gərginliyi aradan qaldırır, evi və sahiblərini pis enerjidən təmizləyirlər. Görünür, buna görə də İçərişəhər elə təmiz, rahat və sakit bir yerdir ki, burada ruhun istirahət edir", - Rahib Azəri deyir.

Dar küçələrdə və labirintlərdə gəzişmək, qədim binalarla tanışlıq insana dərin hisslər bəxş edir. Şəxsən mənə elə gəlirdi ki, qarşımda dövrümüzün adi şəhərlərindən fərqlənən "başqa bir dünya" açılır. Sanki keçmişə addım atırsan.

Артисты Юрий Никулин в роли Семена Горбункова (в центре), Григорий Шпигель (слева) и Леонид Каневский (справа) в роли контрабандистов в фильме Леонида Гайдая Бриллиантовая рука - Sputnik Azərbaycan
"Brilyant əl" filminin izləri ilə - Yarım əsr sonra Qədim şəhərin küçələri

Əlbəttə ki, buranı ümumiyyətlə tərk etmək istəmirdim. Rahib Azəri qeyd etdiyi kimi, belə bir ifadə var – "Bütün yollar Romaya aparır". İçərişəhərdə isə bütün yollar Qız qalasına aparır. Buna görə də, bura qayıdıb paytaxtın yüz illərlə yaşı olan bu simvoluna baş çəkəcəyik.

Və nəhayət, futbol azarkeşləri və paytaxtın qonaqları üçün qeyd edirik ki, tarixdə ilk dəfə olaraq futbol üzrə Avropa çempionatı qitənin 12 şəhərində keçiriləcək. Dörd qarşılaşma – qrup mərhələsinin üç oyunu və bir dörddəbir final oyunu – Bakıda baş tutacaq.

Sputnik Azərbaycan UEFA AVRO-2020-nin Bakıda oynanılacaq görüşləri üçün milli informasiya operatorudur. Avropa çempionatı üçün əsas informasiya platforması euro2020.sputnik.az saytı olacaq ki, burada Avropa çempionatı ilə bağlı ən aktual və operativ məlumatlar yerləşdiriləcək.

Xəbər lenti
0