CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəlliyi azərbaycanlı oğlanın başına bəla oldu

© Instagram / rustamjabrayilovofficialОбладателя титула Best model of the World Рустам Джабраилов
Обладателя титула Best model of the World Рустам Джабраилов - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya şöhrətli azərbaycanlı modeli öz vətənində həddindən artıq yaraşıqlı olduğu üçün kinoya çəkməkdən imtina edirlər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Best model of the World titulunun sahibi, model Rüstəm Cəbrayılovu həddindən artıq yaraşıqlı olduğu üçün Azərbaycan filmlərinə çəkmirlər. Bu barədə model özü Sputnik Azərbaycan-a müsahibəsində şikayətlənib.

Son dövrlərdə Cəbrayılov model karyerası ilə yanaşı aktyorluq fəaliyyəti ilə də məşğul olur. Lakin bu sahədə əsas peşəsində olduğu kimi elə də uğurla qabağa gedə bilməyib. Model hər dəfə filmlərə çəkilməklə bağlı təkliflər alır, amma danışıqlar heç də onun istədiyi kimi bitmir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rustam Jabrayilov (@rustamjabrayilovofficial)

"Xaricdə filmlərə əsasən gözəl modellər çəkilir, Azərbaycanda isə belə deyil. Mən hər dəfə kastinqlərə gedirəm, əksəriyyətində məndən imtina edirlər və bunu mənim həddindən artıq gözəl olmağımla əlaqələndirirlər. Artıq bir neçə dəfə bu halla qarşılaşmışam. Bu, mənim çox xətrimə dəyir. Məni çəkməyə razılaşanlar isə çəkilişlərə pul tapa bilmirlər", - deyə Cəbrayılov bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rustam Jabrayilov (@rustamjabrayilovofficial)

Rüstəm Cəbrayılov uzun müddət ABŞ-da yaşayıb və məşhur moda agentlikləri ilə əməkdaşlıq edib. Amerikada onu "dünyanın ən gözəl azərbaycanlısı" adlandırırlar. Həyat yoldaşından ayrılandan sonra Azərbaycana qayıtmaq qərarına gəlib.

Cəbrayılov dünyada ən məşhur azərbaycanlı modellərdən biri hesab olunur. O, bir çox məşhur brendlərin reklam layihələrində və moda nümayişlərində iştirak edib.

Cəbrayılov öz işinin peşəkarları ilə birlikdə "Don Marleone" filminə çəkilib, lakin gözlənildiyi kimi uğur qazana bilməyib.

Xəbər lenti
0