CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu tələbələr yataqxanada pulsuz qala biləcəklər

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidYataqxana, arxiv şəkli
Yataqxana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəbin tələbə evində yaşayan tələbələr yataqxana xərclərindən azad olunub. Xərclər BANM-ın hesabına ödəniləcək

 

BAKI, 10 yanvar — Sputnik. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tələbələrin xeyrinə nümunəvi qərar verib.

BANM-ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktəbin tələbə evində yaşayan tələbələr yataqxana xərclərindən azad olunub. Xərclər BANM-ın hesabına ödəniləcək. Qeyd edək ki, 2017-ci il mayın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Qafqaz regionunun ən böyük kampusu olan Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışı olub. 7 hektar ərazisi olan kampus xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.

Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.

Yataqxanada 2, 3 və 4 nəfərlik otaqlar bütün şəraitə malikdir, mərtəbələrdə camaşırxanalar və mətbəxlər fəaliyyət göstərir. Kampusdakı 300 nəfərlik yeməkxana kompleksi iş günü ərzində tələbələrə və əməkdaşlara yüksək iaşə xidməti göstərmək üçün zəruri infrastruktura və işçi heyətinə malikdir. Şəhərcikdə beynəlxalq standartlara cavab verən iki idman zalı və hovuz yaradılıb. Zəruri inventarla təchiz olunan idman kompleksi gənclərin idmanla məşğul olmasına geniş imkanlar açır, burada yarışların keçirilməsi üçün də hər cür şərait var.

Xəbər lenti
0