CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bibiheybət yolu ilə bağlı qərar verildi

© Sputnik / Irade JELILBibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 10 yanvar — Sputnik. Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə "Bibiheybət yolu"nda hərəkət istiqaməti dəyişdiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bunun üçün 10-11 yanvar tarixlərində sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlama və xətləmə işləri aparılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nişanlama və xətləmə işləri bitdikdən sonra 31 dekabr 2019-cu il tarixində şəhər istiqaməti üzrə açılan 2 hərəkət zolağından birinin sırf avtobuslar üçün ayrılması nəzərdə tutulur. Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılmış olacaq.

Xəbər lenti
0