Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 10 yanvar — Sputnik. Azərbaycanın ən açıq-saçıq modellərindən biri - Leyla Əliyeva Playboy dovşanı obrazında fotosessiya edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Super Lady of the world" beynəlxalq gözəllik yarışında üçüncü yeri tutandan sonra Əliyeva Bakıya qayıdaraq yeni fotosessiya çəkdirmək qərarına gəlib.
Посмотреть эту публикацию в Instagram
O, hər dəfə öz işləri ilə hər kəsi təccübləndirir. Bu dəfə isə fotokameranın qarşısına məşhur evdovşanı obrazında keçib.
Xatırladaq ki, Playboy kostyumu 1960-cı ildə ilk dəfə eyniadlı jurnalın çıxdığı Çikaqodakı klubların birində meydana gəlib. Xarakterik dovşan qulaqcıqları və quyruğu taxan qızlar ofisiant və hostes vəzifəsini icra ediblər.
Посмотреть эту публикацию в Instagram
Leyla Əliyeva müxtəlif reklam layihələrində, fotosessiyalarda, fəal iştirak edir, bundan əlavə açıq-saçıq xarakterli şəkillər çəkdirir. O, World Beauty Championship Dubai-2017, The Miss Best Swimmin-2017, Lady Of Best Body-2018 və digər beynəlxalq gözəllik müsabiqələrinin qalibidir.