CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İTV-nin bölgə müxbirinin düşdüyü qəzanın yeni təfərrüatı məlum olub

© Sputnik / Musa MuradliYNH baş veridyi ərazi
YNH baş veridyi ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri - İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov xidməti vəzifəsini yerinə yetirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. İctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri - İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov xidməti vəzifəsini yerinə yetirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, hadisə qəza ilə bağlı çəkilişə gedərkən baş verib. Şöhrət Eyvazovun 10-JU-596 dövlət nömrə nişanlı "TOFAŞ" markalı xidməti maşını “Köhnə bazar” adlanan ərazidə qadağan olunmuş istiqamətdə yüksək sürətlə gələn 99-MH-817 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə  vurulub. Hər iki avtomobil ciddi xəsarət alaraq yararsız hala düşüb.

"Mercedes" markalı avtomobili qaçıraraq qəzanı törətməkdə şübhəli bilinən şəxs Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Qəzaya səbəb olmuş şəxsin əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Kələntərli kənd sakini Elnaməddin Arif oğlu Qasımovun olması müəyyən edilib.

© Sputnik / Musa Muradliİctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri - İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov
İTV-nin bölgə müxbirinin düşdüyü qəzanın yeni təfərrüatı məlum olub - Sputnik Azərbaycan
İctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri - İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov

Hadisə ilə bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmaya başlanılıb. İlkin ehtimala görə, “Mercedes” maşını qaçırılıb və VAZ 2106 markalı daha bir avtomobili də əzib.

Qəza nəticəsində sol ayaq və qol nahiyəsindən xəsarət alan Şöhrət Eyvazova zəruri tibbi yardım göstərilib, hal-hazırda vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti
0