Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkmənistanda gecikmə Bakı limanında sürücüləri xərcə saldı

© Photo : Port of Baku - Press OfficeНа территории бакинского порта, фото из архива
На территории бакинского порта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı limanından sonuncu gəmi ötən gün yola düşüb. Ancaq sürücülər vergini ödəmədiklərindən həmin gəmi ilə yalnız 5 konteyner və 1 minik maşını daşınıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Türkmənistanda ötən ilin dekabrında bir bərədə baş verən nasazlıq və digər gəminin gecikməsi ilə əlaqədar olaraq yüzlərlə yük maşını Bakı və Türkmənbaşı limanlarında qalıb. Bu barədə sürücülər məlumat yayıblar.

Adətən, bərə Bakı limanına ən azı üç gündə bir dəfə gəlir, maksimal gözləmə müddəti isə 4-5 gün olur. Məlumata görə, bəzi yük maşınları artıq 20 gündür növbə gözləyir. Bu isə o deməkdir ki, hər bir sürücü liman dayanacağında 14 gündən artıq dayandığı üçün 200 dollar cərimə ödəməli olacaq. Əks təqdirdə, Azərbaycan nümayəndələri yük maşınlarını bərə ilə buraxmırlar.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Sputnik Azərbaycan-a verilən məlumatda yayılan informasiya təsdiqini tapıb. Limandan bildirilib ki, hazırda yüzlərlə yük avtomobili Ələt limanında qalıb: "Bizim Türkmənistanda nümayəndəmiz var. Oradan gəmilər gəlir, Azərbaycan tərəfindən hansısa problem yoxdur. Türkmənistanda bərədə baş verən nasazlıqla əlaqədar olaraq 350-dək yük avtomobili Ələt limanında qalıb".

"Yük avtomobili 14 gündən artıq limanda qaldıqda bu zaman sürücü yol vergisi ödəməlidir. Bakı limanından sonuncu gəmi - "Bəxtiyar" - ötən gün yola düşüb. Lakin sürücülər yol vergisini verməkdən imtina etdikləri üçün biz gəmiyə konteyner yükləmək məcburiyyətində qaldıq. Həmin gəmi ilə yalnız 5 konteyner və 1 minik maşını daşınıb. Lakin gəmidə 51 yük maşınını daşımaq imkanı var idi", - deyə bildirilib.

Limandan yaranan sıxlıqla bağlı sürücülərin irəli sürdüyü versiya təsdiqlənib. Bildirilib ki, Türkmənbaşıda bir gəminin təmiri, digərinin isə ləngiməsi sıxlığa səbəb olub.Limandan problemin həlli üçün Dövlət Gömrük Komitəsinə müraciət edildiyi, lakin bu problemin həllini tapmadığı bildirilib.

Xəbər lenti
0