CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir qız itkin düşüb: bu dəfə Şəmkirdə - FOTO

© pixabay / Free-PhotosMəktəbli qız, arxiv şəkli
Məktəbli qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

BAKI, 9 yanvar — Sputnik. Şəmkir rayonunda 17 yaşlı qız itkin düşüb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına istinadla xəbər verir ki, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

© AR Ministry of Internal Affairs 2002-ci il təvəllüdlü Xəyalə Həsənova
Daha bir qız itkin düşüb: bu dəfə Şəmkirdə - FOTO - Sputnik Azərbaycan
2002-ci il təvəllüdlü Xəyalə Həsənova

X.Həsənovanın əlamətləri: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

© AR Ministry of Internal Affairs 2002-ci il təvəllüdlü Xəyalə Həsənova
Daha bir qız itkin düşüb: bu dəfə Şəmkirdə - FOTO - Sputnik Azərbaycan
2002-ci il təvəllüdlü Xəyalə Həsənova

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0