Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı cütlük Türkiyədə rezonans doğurub - Hamı mat qalıb

© Instagram / roya_rizvan Ризван Алиев и Ройа Мириева
 Ризван Алиев и Ройа Мириева  - Sputnik Azərbaycan
Abunə olmaq
Rizvan Əliyev və Röya Miriyeva populyar türk şousunda Azərbaycan mahnılarını ifa ediblər və dünyaya musiqili səyahətlərindən danışıblar.

BAKI, 9 yanvar — Sputnik. Bütün dünyaya birlikdə səyahət edən Rizvan Əliyev və Röya Miriyeva yerli "Akustikhane" şousunda iştirak edəndən sonra Türkiyədə ən çox müzakirə olunan cütlüyə çevriliblər. Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Türkiyədə olarkən populyar şounun qonaqları olmaq təklifi alıblar. Veriliş zamanı Rizvan və Röya öz mahnıları ilə birlikdə bütün dünyaya səyahət etdiklərini, dünyanın müxtəlif ölkə və şəhərlərində Azərbaycanın məşhur "Bayatılar", "Bana Bana Gəl", "Sən Yadıma Düşəndə" və s. kompozisiyalarını oxuyaraq milli musiqimizin təbliğatı ilə məşğul olduqlarını danışıblar.

Tamaşaçılar onların çıxışından və ifalarından çox məmnun qalıblar. Odur ki, türk kanalının azərbaycanlı qonaqları yerli sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirə obyektinə çevriliblər.

Xatırladaq ki, bu verilişin qonaqları arasında azərbaycanlı müğənni Dilarə Kazımova da olub.

Röya və Rizvanın birgə yaradıcılıq yolu 2010-cu ildən, onlar eyni ansamblın üzvü olarkən başlayıb. Gənc musiqiçilər artıq illərdir dünyanın müxtəlif ölkə və şəhərlərinə səyahət edərək özlərinin "Street cover" layihələri çərçivəsində Azərbaycan mahnılarını oxuyurlar.

Xəbər lenti
0