BAKI, 9 yanvar — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, səfir Rudolf Miçalka da yenidən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiqlənib.
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi vəzifəsinə isə Ditmir Buşati təyin edilib.
Bundan başqa, səfir Heidi Grau ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Tomas Mayr-Harting ATƏT-in fəaliyyətdə olan sədrinin Dnestryanı münaqişəsi üzrə xüsusi nümayəndəsi, polkovnik Sulo Mustafaraj ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təyin olunub.
Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Slovakiyadan Albaniyaya keçib.
Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir.