Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Evlənmək istəyirəm: Cütlüklərdə aşkarlanan xəstəliklər açıqlandı

© pixabay / PexelsНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 2015-ci ildən indiyədək 635 364 nəfər müayinədən keçib. Onlardan 21 893 nəfərdə talassemiya daşıyıcılığı, 2 061 nəfərdə sifilis, 605 nəfərdə QİÇS aşkarlanıb

BAKI, 9 yanvar — Sputnik. 2019-cu il ərzində evlənmək istəyən 135 551 nəfər müayinədən keçib. Onlardan 3 658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə QİÇS aşkarlanıb. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüyün sayı 46 olub.

Ümumilikdə 2015-ci ildən indiyədək 635 364 nəfər müayinədən keçib. Onlardan 21 893 nəfərdə talassemiya daşıyıcılığı, 2 061 nəfərdə sifilis, 605 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 235 olub.

Xəbər lenti
0