CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir marşrut xətti üzrə dayanacaqların sayı artırıldı

© Baku Transport AgencyBakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış dayanacaq pavilyonu
Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış dayanacaq pavilyonu - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib

BAKI, 9 yanvar — Sputnik. H1 Hava limanı - "28 May" ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib.

Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib.

Xəbər lenti
0