SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Liviyadakı vəziyyət barədə: Türkiyədən dəstək istəməyə məcbur oldu

© Photo : Facebook / Рамия МамедоваPolitoloq Ramiyə Məmmədova
Politoloq Ramiyə Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Ramiyə Məmmədova deyir ki, general Haftar hakimiyyəti ələ keçirsə, Liviya dövləti anti-Türkiyə koalisiyasının üzvünə çevriləcək
Ramiyə Məmmədova: “Türkiyə sona qədər getmək məcburiyyətindədir”

Türkiyə hərbçilərinin ilk qrupu Liviyaya çatıb. Bunu Liviyada Faiz Sarajın rəhbərlik etdiyi Milli Razılıq Hökumətinin nümayəndəsi Nasser Ammar bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Liviya hökuməti Türkiyədən dəstək istəməyə məcbur oldu: “Suriya məsələsində olduğu kimi Türkiyə ilə fikir ayrılığında olan ölkələr general Haftara dəstək verir. Türkiyə Liviya generalı Haftara mane olmalıdır. Çünki general Haftar hakimiyyəti ələ keçirsə, Liviya dövləti anti-Türkiyə koalisiyasının üzvünə çevriləcək. Ona görə də Türkiyə bu məsələdə sona qədər getmək məcburiyyətindədir. Liviya məsələsi Ərdoğan və Putin göüşündə də müzakirə olunub. Liviyanın gələcəyi bu görüşdən sonra tam aydın olacaq”.

Qeyd edək ki, Liviya Milli Razılıq Hökuməti ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də “Təhlükəsizlik və hərbi əməkdaşlıq” memorandumu imzalanıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0