BAKI, 9 yanvar — Sputnik. Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovin növbəti övladı doğulub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran öz "Instagram" profilində məlumat verib.
Xəstəxanada çəkilən fotonu yayımlayan Hacı Nuran milyarderin ötən gün gecə saatlarında Adəm adlı oğlunun dünyaya gəldiyini bildirib.
Qeyd edək ki, 64 yaşlı iş adamının 2020-ci ilə olan şəxsi kapitalı 1 milyard 400 milyon dollar təşkil edir. O, Rusiyanın ən varlı biznesmenləri arasında 70-ci sıradadır. Onun indiyədək olan evliliklərindən 3 oğlu, 2 qızı var. F.Əhmədov həmçinin 2 nəvə sahibidir.