Bu dəfə ABŞ səfirliyi raket atəşinə tutuldu

© © Senior Airman Ian Dudley/Vandenberg Air Force Base via APABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı
ABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib

BAKI, 9 yanvar — Sputnik. Birləşmiş Ştatların Bağdadda yerləşən səfirliyi raket atəşinə tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi İraqın hüquq mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verir.

Военная техника армии США, фото из архива - Sputnik Azərbaycan
ABŞ ordusu İraqdan hansı halda çıxa bilər? Ekspert cavab verir

Məlumata əsasən, Bağdadda Yaşıl bölgədə yerləşən səfirliyin yaxınlığına iki raket düşüb. Sosial şəbəkələrdə yayımlanan görüntülərdə ABŞ səfirliyinin təhlükədən xəbərdarlıq sistemlərinin də işə düşdüyü görünür.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Xəbər lenti
0