Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın 3D animasiya filmi beynəlxalq festivalda

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidЗрители в кинозале
Зрители в кинозале - Sputnik Azərbaycan
Abunə olmaq
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə "Azanfilm" studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyevdir.

BAKI, 9 yanvar — Sputnik. "Azanfilm" Animasiya Studiyasının istehsalı olan "Mənim balaca Şahzadəm" ("My little prince") qısametrajlı animasiya filmi Banqladeşdə keçirilən "13th International Children's" Film Festival"-da iştirak edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, 24-31 yanvar 2020-ci il tarixləri ərzində keçiriləcək festivalın mükafatlandırma mərasimi yanvarın son günü baş tutacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə "Azanfilm" studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rəssam M.Ələkbərlinin Ekzupirinin "Balaca şahzadə" əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib. Belə ki, M.Ələkbərlinin "Balaca şahzadə" əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib.

Xəbər lenti
0