BAKI, 8 yanvar — Sputnik. ABŞ-ın Ermənistandakı səfirliyi vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. Sputnik Ermənistan xəbər verir ki, buna səbəb kimi Yaxın Şərqdə baş verən son hadisələr olub.
"Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı Birləşmiş Ştatların Yerevandakı səfirliyi bəzi viza xidmətlərinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, səfirlik onun ərazisinə giriş zamanı təhlükəsizlik tədbirlərini də genişləndirib.
Məlumata əsasən bundan sonra səfirliyin ərazisinə böyük həcmli çanta ilə daxil olmaq olmaz. Həmin çantanı təhlükəsizlik əməkdaşlarının da yanında da qoymaq olmaz.
Qeyd edək ki, ABŞ-ın Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsi əməliyyatından sonra bölgədə vəziyyət gərginləşib. Buna cavab olaraq, İran tərəfi İraqdakı ABŞ bazasına raket zərbələri endirib.