Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

SputnikPro TV və internet auditoriyası üçün kontent barədə danışacaq

© © SputnikСергей Малозёмов
Сергей Малозёмов - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın məşhur telejurnalisti azərbaycanlı rejissorlar, prodüserlər, informasiya-əyləncə şoularının və televiziya proqramlarının müəllif və aparıcıları üçün master-klass keçəcək

BAKI, 8 yanvar — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda Azərbaycan KİV-nin nümayəndələrinin Rusiyanın aparıcı media menecerləri ilə növbəti görüşünü təşkil edir.

Tədbir yanvarın 15-də saat 10:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro təlim proqramı çərçivəsində master-klass formatında keçiriləcək.

Rejissorlar, prodüserlər, informasiya-əyləncə şoularının və televiziya proqramlarının müəllif və aparıcıları üçün nəzərdə tutulmuş master-klassı rusiyalı telejurnalist Sergey Malozyomov keçəcək.

“Auditoriya fərqli – problemlər eyni” – “SputnikPRO” 7-ci dəfə Azərbaycanda  - Sputnik Azərbaycan
VİDEO
“Auditoriya fərqli – problemlər eyni” – “SputnikPRO” 7-ci dəfə Azərbaycanda

Sergey Aleksandroviç Malozyomovun ali tibb təhsili var, 5 dildə danışır. NTV telekanalının "Çudo texniki" ("Texnika möcüzəsi" - 2012-ci ildən) və "Yeda jivaya i myortvaya" ("Canlı və ölü yemək"- 2016-cı ildən) elmi-populyar verlişlərinin müəllifi və aparıcısı, "Sergey Malozyomovun Elmi Tədqiqatları" adlı elmi-populyar filmlər seriyasının yaradıcısı (2013-2015-ci illər), NTV teleşirkətinin informasiya xidmətinin müxbiridir (2006—2013). Videobloger və "Malozyomov proverit" ("Malozyomov yoxlayacaq") YouTube kanalının müəllifidir. Yazıçıdır, sağlam qidalanma ilə bağlı 5 kitabın müəllifidir.

"SputnikPro" - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan Rusiyanın ən yaxşı media menecerlərinin və KİV-də böyük iş təcrübəsi olan aparıcı mütəxəssislərinin unikal master-klasslar silsiləsi, Rusiyanın bu miqyasda yeganə proqramıdır.

"SputnikPro" layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından başlayaraq bu layihədə 2000-dən çox jurnalist və media meneceri, PR mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələr iştirak ediblər.

Xəbər lenti
0