SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO

© REPORT Fərzəliyev Fərzəli Alpı kənd qəbiristanlığında dəfn edilib
 Fərzəliyev Fərzəli Alpı kənd qəbiristanlığında dəfn edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər

BAKI, 8 yanvar — Sputnik. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycanın hərbi qulluqçusu dəfn edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

1/3
2/3
3/3
1/3
2/3
3/3

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib.

DSX-dən verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

Xəbər lenti
0