Qasım Süleymani basdırıldı

© The Office of the Supreme Leader of IranПрощание с генералом Корпуса стражей исламской революции (КСИР) Касемом Сулеймани в Тегеране
Прощание с генералом Корпуса стражей исламской революции (КСИР) Касемом Сулеймани в Тегеране - Sputnik Azərbaycan
Abunə olmaq
İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib

BAKI, 8 yanvar — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani doğulduğu Kirman şəhərində dəfn olunub. Bu barədə Sputnik Azərbaycan "CNN" telekanalına istinadən xəbər verir.

Məlumata görə, general Keşikçilər Korpusunun İraqda yerləşən iki aviabazasına endirilən zərbələrdən bir neçə saat sonra dəfn edilib.

Qeyd edək ki, ABŞ-ın İraqa endirdiyi aviazərbələr nəticəsində həlak olan general Qasım Süleymaninin Kirman şəhərində dəfn mərasimi təxirə salınmışdı. Dəfn mərasiminin təxirə salınmasına səbəb onunla vidalaşmaq istəyən şəxslərin sayının həddən artıq çox olması olub.

Qeyd edək ki, dəfn mərasimi zamanı baş tutan izdihamda 50-dən çox şəxs (bəzi mənbələrə görə 78 nəfər) ölüb, 200-dən çox insan yaralanıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Xəbər lenti
0