BAKI, 8 yanvar — Sputnik. Azərbaycanın Tehrandakı Səfirliyindən verilən ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb.
Bunu Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, məsələ Azərbaycanın bu ölkədəki səfirliyinin diqqətindədir.
Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərinin hamısı həlak olub.