CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan üçün qorxunc hava proqnozu açıqlandı – Temperatur durmadan yüksələcək

© Sputnik / Murad OrujovЗакат солнца в деревне
Закат солнца в деревне - Sputnik Azərbaycan
Abunə olmaq
2050-ci ilə qədər havanın gözlənilən temperaturu və atmosfer yağıntıları ilə bağlı hazırlanan proqnozlarda temperaturun yüksəlməsinin davam edəcəyi, yağıntıların miqdarının isə ərazilərdən asılı olaraq dəyişəcəyi gözlənilir

BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə 2050-ci ilə qədər onilliklər üzrə iqlimin parametrlərinin dəyişmələri üzrə ssenarilər tərtib etməyə başlayıb. Artıq bəzi ərazilər üzrə iqlim dəyişmələri ilə bağlı gözlənilən proqnozlar tərtib edilib.

Улица Нанжинг в Шанхае - Sputnik Azərbaycan
Son 80 ilin ən isti qışı gəlir

AMEA Coğrafiya İnstitutunun məlumatına görə, ölkədə havanın orta illik temperaturu regiondan asılı olaraq, baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.9 dərəcə C artıb, atmosfer yağıntılarının orta illik miqdarı əsasən azalıb. Kür-Araz ovalığının bəzi rayonlarında yağıntının miqdarındakı azalma 12-15% olub, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə 2-3% artıb. Bununla yanaşı, ilin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb. İllik temperaturun artım sürəti 134 il ərzində 0.8-1.4 dərəcə C, onilliklər üzrə isə artım sürəti təqribən 0.1 dərəcə olub. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb (Ağstafada 88 mm, Naxçıvanda 7 mm), Gəncədə isə 8 mm artıb.

Aparılmış hesablamalar əsasında 2050-ci ilə qədər havanın gözlənilən temperaturu və atmosfer yağıntıları ilə bağlı hazırlanan proqnozlarda temperaturun yüksəlməsinin davam edəcəyi, yağıntıların miqdarının isə ərazilərdən asılı olaraq dəyişəcəyi gözlənilir.

Proqnozlar Ağstafa (Ağstafa və ətraf rayonlar), Gəncə (Gəncə və ətraf rayonlar) və Naxçıvan (Naxçıvan Muxtar Respublikası) məntəqələri üzrə hazırlanıb.

Bu proqnozlara əsasən, 1961-1990-cı illərdə (baza dövrü) Ağstafa məntəqəsində orta illik temperatur 12,7 dərəcə, Gəncə məntəqəsində 13,4 dərəcə, Naxçıvan məntəqəsində 12,9 dərəcə isti olub. Ağstafa məntəqəsində 2030-cu ildə orta illik temperatur 13,7 dərəcə, 2040-cı ildə 13,8 dərəcə, 2050-ci ildə 14 dərəcə, Gəncə məntəqəsində 2030-cu ildə 14,5 dərəcə, 2040-cı ildə 14,6 dərəcə, 2050-ci ildə 14,7 dərəcə, Naxçıvan məntəqəsində 2030-cu ildə 13,2 dərəcə, 2040-cı ildə 13,3 dərəcə, 2050-ci ildə 13,5 dərəcə olacaq.

Umayra Tağıyeva - Sputnik Azərbaycan
CƏMİYYƏT
Umayra Tağıyeva: "Ölkə üzrə ən yüksək temperatur Bakıda qeydə alınıb"

1961-1990-cı illərdə (baza dövrü ) Ağstafa məntəqəsində orta illik atmosfer yağıntılarının miqdarı 363 mm, Gəncə məntəqəsində 287 mm, Naxçıvan məntəqəsində 220 mm olub.

Proqnozlara əsasən, Ağstafa məntəqəsində 2030-cu ildə orta illik atmosfer yağıntılarının miqdarı 315 mm, 2040-cı ildə 310 mm, 2050-ci ildə 300 mm, Gəncə məntəqəsində 2030-cu ildə 270 mm, 2040-cı ildə 275 mm, 2050-ci ildə 280 mm, Naxçıvan məntəqəsində 2030-cu ildə 240 mm, 2040-cı ildə 235 mm, 2050-ci ildə 230 mm olacaq.

Qeyd edək ki, belə proqnozların ölkənin digər əraziləri üzrə də hazırlanması nəzərdə tutulur.

Xəbər lenti
0