Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gözlənilən hadisə baş verdi - Azərbaycan nazirlə təmsil olundu

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент России Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган на церемонии официального открытия газопровода "Турецкий поток"
Президент России Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган на церемонии официального открытия газопровода Турецкий поток - Sputnik Azərbaycan
Abunə olmaq
"Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir.

BAKI, 8 yanvar — Sputnik. Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri istismara verilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbulda baş tutan açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş Naziri Boyko Borisovla yanaşı, bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri iştirak edib.

Azərbaycanı mərasimdə Energetika naziri Pərviz Şahbazov təmsil edib.

Xatırladaq ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti ilə Türkiyə bazarına, ikincisi xətlə isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz ixrac ediləcək.

Xəbər lenti
0