CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev: "Sovetski"də küçələrin eni iki metrdən çox deyildi"

© Sputnik / Irade JELILYasamal rayonunun "Sovetski" adlanan ərazisi
Yasamal rayonunun Sovetski adlanan ərazisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır".

BAKI, 8 yanvar — Sputnik. "Nəqliyyat infrastrukturuna xüsusi diqqət verilməlidir. Son illər ərzində köçürülmələr aparılan bir çox yerlərdə müasir nəqliyyat qovşaqları yaradılır, küçələr genişləndirilir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Anar Quliyevi qəbul edərkən deyib.

Prezidentin sözlərinə görə, keçmişdə "Sovetski" adlandırılan ərazidə küçələrin eni iki metrdən çox deyildi: "İndi geniş xiyabanlar salmışıq. İndi yol hərəkəti nə qədər yüngülləşib. Nəqliyyat infrastrukturu təkcə avtomobil yollarından ibarət deyil. İndi bizim şəhərətrafı dəmir yolu nəqliyyatı yeni mərhələyə qədəm qoyur. Bu il artıq dairəvi hərəkət marşrutu da işə düşəcək. Bu da, əlbəttə, avtomobil yollarına düşən yükü azaldacaq. Ona görə şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır".

Xəbər lenti
0