Ruhani ABŞ-ın "ayağını kəsməyə" söz verib

© AP Photo / Vahid Salemiİran Prezidenti Həsən Ruhani
İran Prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
İran Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Həsən Ruhani Qasım Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

BAKI, 8 yanvar — Sputnik. İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında general Qasım Süleymaninin öldürülməsini "əlin kəsilməsi" ilə müqayisə edib. Bu barədə Sputnik Azərbaycan "Fars News"-a istinadən xəbər verir.

İran lideri bildirib ki, buna cavab olaraq Tehran ABŞ-ın regiondan "ayağını kəsəcək".

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Bu gün səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani doğulduğu Kirman şəhərində dəfn olunub.

Xəbər lenti
0