Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əkiz bacıların məşhur dueti dağıldı

© Instagram / sevinc_sevilПопулярные азербайджанские исполнительницы, сестры-близняшки Севиль и Севиндж Сафаровы
Популярные азербайджанские исполнительницы, сестры-близняшки Севиль и Севиндж Сафаровы - Sputnik Azərbaycan
Abunə olmaq
Sevinc Səfərova müğənnilik karyerasını davam etdirəcək, Sevil isə özünü digər peşədə sınamağı planlaşdırır.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Azərbaycanın məşhur əkiz bacıları Sevil və Sevinc Səfərovaların dueti onlardan birinin müğənnilik fəaliyyətini davam etdirmək istəməməsi səbəbindən dağılıb.

Bunu Sputnik Azərbaycan-a Sevinc Səfərova bildirib.

Sevinc artıq ilk yeni layihəsini təqdim edib. Bu, onun həmkarı Nurlan Təhməzli ilə birgə həyata keçirdiyi layihədir. Onlar birlikdə "Şəkər və bal" kompozisiyasını ifa ediblər.

"Yeni ildə pərəstişkarlarıma bacımla oxumadığım ilk yeni kompozisiyanı təqdim etmək qərarına gəlmişəm. Sevil başqa işlə məşğul olmaq qərarına gəlib və biz hələlik bunu açıqlamaq istəmirik. Hər şey barədə yaxın günlərdə məlumat verəcəyik", - deyə Sevinc bildirib.

Müğənni inanır ki, onun Nurlan Təhməzli ilə dueti də uğurlu alınacaq. Sevinc müğənnilik karyerasını davam etdirmək niyyətindədir.

Xatırladaq ki, bu yaxınlarda bacılar əgər ailə qurarlarsa, səhnədən uzaqlaşacaqlarını bildirmişdilər.

Sevil və Sevinc Səfərova bacıları uşaqlıqdan mahnı oxumaqla məşğuldurlar. Onlar hazırda vokalçılıqla yanaşı yerli telekanalardan birində veriliş aparırlar. Qonaqları tanınmış şəxslər olur və onlar verlişdə öz yaradıcılıqlarından bəhs edirlər. Əkiz bacılar təkcə Azərbaycanda deyil, Rusiyada da tələb olunan müğənnilərdir.

Xəbər lenti
0