BAKI, 8 yanvar — Sputnik. "MSK-ya daxil olan bütün məsələlər araşdırılır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
"Əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir. MSK çatışmazlıqları aradan qaldırmaq üçün bütün addımları atacaq. Heç bir komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. İstənilən məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir", - deyə Məzahir Pənahov vurğulayıb.