CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Polis İdarəsi yayılan şayiələrə aydınlıq gətirdi

© Photo : AZƏRTACBakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Şayiələrə görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - "rüşvət otaqları"nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.

BAKI, 8 yanvar — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

Bu barədə Sputnik Azərbaycan-a BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O qeyd edib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir. "Yazıda iddia olunan "hesabat kitabı", yaxud hansısa "qara bloknot" haqqında bizdə rəsmi məlumat yoxdur", - E.Hacıyev əlavə edib.

Qeyd edək ki, mətbuatda BŞBPİ-nin DYP İdarəsində ciddi yoxlamaların aparıldığı barədə məlumat yayılıb. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - "rüşvət otaqları"nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.

Xəbər lenti
0