CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda alim ürək tutmasından dünyasını dəyişdi

© AFP 2023 / FARSHAD USYANБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxınlarının verdiyi məlumata görə, dünən V.Əliyev xəstəxanaya yerləşdirilib. Vəli Əliyev ürək tutmasından xəstəxanada vəfat edib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Tanınmış alim, tarix elmləri doktoru, professor Vəli Əliyev vəfat edib. Sputnik Azərbaycan-a bu barədə mərhumun yaxınları məlumat veriblər.

Yaxınlarının verdiyi məlumata görə, dünən V.Əliyev xəstəxanaya yerləşdirilib. Vəli Əliyev ürək tutmasından xəstəxanada vəfat edib. Qeyd edək ki, Vəli Əliyev 1936-cı ildə Şəki Şəhər Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Vəli Əliyevin Azərbaycan tarix elminin inkişafında mühüm rolu var. Azərbaycanın erkən şəhər mədəniyyət abidələrinin tədqiqi Vəli Əliyevin adı ilə bağlı olub, onun ən dəyərli elmi nailiyyətidir. O, Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və digər qədim qala-şəhər abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda e.ə. III-II minilliklərdə iri tayfa ittifaqlarına – erkən dövlət qurumlarına məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut edib. AMEA-nın müxbir üzvü Vəli Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500–3700 m. yüksəklikdə qədim Boyalı Qablar mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxarıb tədqiq edib. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanıb. Allah rəhmət eləsin!

Xəbər lenti
0