“İcbari tibbi sığorta dövlət tərəfindən reallaşdırılan sosial layihədir. Dövlətimiz vətəndaşa yardım olaraq bu xidmətin verilməsini təşkil edir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.
Şöbə müdiri bildirib ki, icbari tibbi sığorta üçün ödənişlər işləyən insanların maaşından tutulacaq:
“İl başa çatdıqdan sonra edilmiş ödənişlər gələn ilin büdcəsinə keçəcək. Bu da imkan verəcək ki, infrastruktur və maddi texniki bazanın yaxşılaşdırılmasını təmin edə bilək. İcbari tibbi sığorta mərhələli şəkildə tətbiq olunduğuna görə aprel ayından ödəniş edən şəxslər tibbi sığortanın imkanlarından o mərhələ başlandıqdan sonra yararlana biləcəklər”.
Şükür Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz