Pentaqonu hədələyən İran "Qüds"ə 200 milyon avro ayırdı

CC BY-SA 2.0 / Arlington County / The PentagonШтаб-квартира Министерства обороны США, фото из архива
Штаб-квартира Министерства обороны США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament tərəfindən təsdiqlənmiş qanun layihəsinin bəndlərindən birində deyilir ki, İran hökuməti ölkənin Milli İnkişaf Fondundan xüsusi təyinatlı "Qüds" qüvvələri üçün 200 milyon avro ayırmalıdır

BAKI, 7 yanvar — Sputnik. İran parlamenti general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra ABŞ ordusunun və Pentaqonun terrorçu təşkilatlar kimi tanınmasına dair qanun layihəsini yekdilliklə qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Təsnim" agentliyi yayıb.

Parlament tərəfindən təsdiqlənmiş qanun layihəsinin bəndlərindən birində deyilir ki, İran hökuməti ölkənin Milli İnkişaf Fondundan xüsusi təyinatlı "Qüds" qüvvələri üçün 200 milyon avro ayırmalıdır.

Yanvarın 4-ü ABŞ Prezidenti Donald Tramp tvitində bəyan edib ki, ölkəsi İranda 52 obyekti, o cümlədən mədəni irs obyektlərini (İranın illər əvvəl ələ keçirdiyi 52 amerikalı girovun sayına uyğun olaraq) hədəfə alıb.

Bu, bir sıra siyasətçilər və ekspertlər arasında narahatlığa səbəb olub. Onlar vurğulayıblar ki, beynəlxalq hüquqda mədəni irs obyektlərinə zərbə endirmək qadağan edilir. Buna cavab olaraq isə Dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ "qanuna uyğun hərəkət edəcək". Bir müddət sonra Tramp yenidən İranı hücum edəcəyi halda onun mədəniyyət obyektlərinə zərbə endirməklə hədələyib.

Bundan əvvəl İranın ali lideri Əli Xamneyi ABŞ-ın hava hücumunda öldürülən general Qasım Süleymaninin qisasının alınacağı vədini verib. İran Prezidenti Həsən Ruhani isə bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah", İranın silahlı qüvvələrinin bir hissəsi) generalını öldürməklə ABŞ İranın unutmayacağı ağır bir cinayəti törədib.

General Qasım Süleymani və İraqın şiə qoşunlarının komandir müavini Əbu Mehdi əl-Mühəndis yanvarın 3-ü gecə saatlarında ABŞ ordusunun Bağdad hava limanı yaxınlığında keçirdiyi əməliyyatda öldürülüblər.

Vaşinqton Süleymanini və əl-Mühəndisi Bağdaddakı ABŞ səfirliyinə hücumu təşkil etməkdə günahlandırıb. Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın İraq və Suriyada "Kətaib Hizbullah" şiə qruplaşmasına məxsus obyektlərə zərbələr endirməsindən sonra Bağdadda ABŞ səfirliyinin binasına hücum edilib.

Xəbər lenti
0