BAKI, 7 yanvar — Sputnik. İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şamhani bəyan edib ki, rəsmi Tehranın general Qasım Süleymaninin qətlinə görə ABŞ-a qarşı 13 intiqam ssenarisi var. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Şamhaninin sözlərinə görə, hazırlanan ssenarilərdən hətta "ən kiçiyi" belə "Amerika üçün kabusa çevriləcək".
Xatırladaq ki, general Qasım Süleymani yanvarın 3-də İraq hava limanında öldürülüb. Onun olduğu avtomobil ABŞ-ın raket zərbəsi ilə məhv edilib.
Bundan sonra İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Ölkə parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinə son qoyulmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.