Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şamil Əliyevin filmi yenə qalib gəldi - bu dəfə Hindistanda

© Photo : © "Azərbaycanfilm" Съемки фильма Çölçü ("Степняк")
Съемки фильма Çölçü (Степняк) - Sputnik Azərbaycan
Abunə olmaq
"Çölçü" filmi yanvarın 12-də Hindistanın Kəlkətə şəhərində tamaşaçılara təqdim olunacaq. Mükafatın təqdimetmə mərasimi də həmin gün baş tutacaq

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Şamil Əliyevin "Çölçü" filmi yeni festivalları fəth etməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, "Tripvill International Film Festival 2020"-nin (Hindistan, Kəlkətə) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti Şamil Əliyevin "Çölçü" filmini "Best Narrative Feature / Award of Excellence" (Ən yaxşı bədii film / Xüsusi mükafat) mükafatlarının qalibi elan edib.

Фильм Улдуз, кадр из фильма - Sputnik Azərbaycan
Test: "Ulduz"dan "ulduzlu beş" ala bilərsiniz?

"Tripvill International Film Festival 2020" qalibləri yanvarın 1-də açıqlayıb. Beləliklə, "Çölçü" filmi yanvarın 12-də Hindistanın Kəlkətə şəhərində tamaşaçılara təqdim olunacaq. Mükafatın təqdimetmə mərasimi də həmin gün baş tutacaq.

Qalib filmə mükafat olaraq sertifikat və heykəl təqdim olunur.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin "Çölçü" filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafat qazanıb.

"Çölçü" ümumilikdə bir neçə dəfə "Ən yaxşı bədii film", "Ən yaxşı rejissor işinə görə", "Ən yaxşı ssenari", "Ən yaxşı qadın oyunçu", "Yaradıcılıq axtarışlarına görə", eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, "Humay" milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Xəbər lenti
0