CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ev sahibi olmaq istəyənlər hələ də gözləməli olacaqlar

© pixabay / SchluesseldienstКлючи от дома, фото из архива
Ключи от дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kirayə evlərlə bağlı sistemin ötən ilin sonlarında işə düşəcəyi ehtimal olunsa da, gözləntilər özünü doğrultmadı. Son olaraq açıqlanan məlumatda isə kirayə evlərin 2020-ci ilin yanvarında satışına başlanılacağı deyilirdi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Ötən ilin yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında Fərman imzalayıb. Qaydalara əsasən, aylıq ödənişin tərkibinə yaşayış sahəsinin və fondun vəsaitlərini cəlbetmə dəyəri, ayrılan ehtiyatlar, fondun yaşayış sahəsini saxlaması, sığortalaması və idarəetməsi ilə bağlı xərclər daxildir. Bu layihənin əsas özəlliyi isə əlavə faizin olmamasından ibarətdir. Lakin şəxs ödənişini edə bilmədikdə bu ev ondan alınacaq və öncədən ödədiyi vəsaitlər geri qaytarılmayacaq.

Ev sahibi olmaq istəyən sakinlər ötən ildən etibarən sosial layihələrdən biri olan kirayə evlər layihəsinə göz dikiblər. Kirayə evlərlə bağlı sistemin ötən ilin sonlarında işə düşəcəyi ehtimal olunsa da, gözləntilər özünü doğrultmadı. Son olaraq açıqlanan məlumatda isə kirayə evlərin 2020-ci ilin yanvarında satışına başlanılacağı deyilirdi.

Sputnik Azərbaycan kirayə evlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çalışıb. Azərbaycan İpoteka Fondundan verilən məlumatda bu evlərin nə zaman satışa çıxarılacağı, həmin mənzillərin satışı üçün elektron sistemin nə zaman işə düşəcəyi tarixinin bəlli olmadığı bildirilib. Bundan başqa, artıq bəzi mənzillərin tutulması ilə bağlı yayılan şayiələrə də münasibət bildirilib: "Kirayə mənzillərə qeydiyyat elektron formada olacaq. Sənədlər təhlil olunduqdan sonra mənzil seçiminə imkan veriləcək. O ki qaldı evlərin tutulmasına, bunlar şayiədir".

"Sistem işə düşdükdən sonra biz mənzillərin sayı və digər detalları da açıqlayacağıq", - deyə verilən məlumatda bildirilib.

Ev sahibi olmaq istəyənlərə isə hələ də gözləmək qalır.

Xəbər lenti
0