Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Çörək pulunu ayaqqabıdan çıxaran pinəçi qadın

Abunə olmaq
Adətən ayaqqabı ustası, pinəçi deyəndə, ağlımıza “kişi sənəti”, “kişi usta” gəlir. Bir qadının bu işlə məşğul olacağını təsəvvür etmirik. Amma göyçaylı pinəçi Kütahi Mollayeva ömrü boyu bu peşə ilə məşğul olub.

Bu göyçaylı qadının adi gününü təsəvvür etməyə çalışın. Hər səhər oyanıb öz üç oğlu üçün yemək hazırlamaq, işə getməzdən öncə evin səliqə-sahmanına fikir vermək, özünü qaydaya salmaq, sonra isə 8-10 saat ərzində beli bükük vəziyyətdə ağır alətlərlə ayaqqabı tikmək və təmir etmək...

“Aslanın erkəyi, dişisi olmaz” – Sabirabadlı mexanik bu kəlamı öz nümunəsilə sübut edir  - Sputnik Azərbaycan
VİDEO
“Aslanın erkəyi, dişisi olmaz” – Ulu öndərin təltif etdiyi şəxs bunu nümunədə sübut edir

Bəli, bütün bunların öhdəsindən bir göyçaylı xanım gəlir. Kütahi Mollayeva 16 ildir ki, pinəçiliklə məşğul olur. Kiçik yaşlarından öz ayaqqabılarını təmir edərək böyüyən Kütahi xanım, daha sonra bu sənətini öz peşəsinə, bir növ “çörək ağacı”na çevirib.

Kütahi Mollayeva peşəsinin sirlərini vaxtilə qayınatasından öyrənib, indi isə onları öz oğullarına ötürməyə çalışır. Emalatxanada sifarişlərin sayı həddən artıq olan günlərdə oğlu Teymur ona kömək edir.

“Elə gün olmur ki, kiminsə ayaqqabısı sökülməsin. Bu, çox yararlı peşə olduğuna görə onu öz övladlarıma da tövsiyə edirəm”, - deyə pinəçi xanım bizimlə bölüşüb.

O, işinə olduqca məsuliyyətlə yanaşır. Gün ərzində 10, bəzən isə 20-yə  yaxın sifariş qəbul edir. O, həm köhnə çəkmələrin ömrünü uzadır, həm də sifarişlə yeni ayaqqabı hazırlayır. Tikdiyi ayaqqabılar möhkəmliyi ilə seçilir, buna görə daimi müştərilərinin sayı getdikcə artır.

Xəbər lenti
0