BAKI, 7 yanvar — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.
Sputnik Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına istinadən xəbər verir ki, hadisə yanvarın 3-də baş verib. Belə ki, Kiyev-Bakı reysi ilə Azərbaycana qayıdan Azərbaycan vətəndaşı, 1949-cu il təvəllüdlü Rzayev Mətləb Ağaşirin oğlu gözləmə zalında ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.