CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

General mətbuat xidmətinə rəis təyin etdi

© Photo : The State Migration Service of Azerbaijan Republic Dövlət Miqrasiya Xidmətinin binası
Dövlət Miqrasiya Xidmətinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeni ilin ilk gününə gözəl xəbərlə başladım. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım xəbəri nə qədər sevinclə qarşılandısa, bir o qədər də işimə olan məsuliyyətimi daha da artırdı"

BAKI, 7 yanvar — Sputnik. Tanınmış jurnalist Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Elnur Kələntərov özü məlumat verib: "Yeni ilin ilk gününə gözəl xəbərlə başladım. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım xəbəri nə qədər sevinclə qarşılandısa, bir o qədər də işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi cənab Vüsal Hüseynovun mənə göstərdiyi yüksək etimadı doğrulda bilim. Təşəkkür, cənab general!"

Qeyd edək ki, Elnur Kələntərov bundan əvvəl adıçəkilən qurumun İctimaiyyətlə əlaqələr idarəsində rəis müavini vəzifəsində çalışırdı. Bundan əvvəl isə o, Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri vəzifələrində işləyib.

Kələntərov həmçinin "Space" televiziyasında aparıcı işləyib.

Xəbər lenti
0