CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu avtobusların hərəkət istiqaməti dəyişdi

© © Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobus
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Paytaxtda bir sıra marşrutlar üzrə avtobusların hərəkət istiqaməti dəyişib. Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, Badamdar qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib:

"Qəsəbə sakinlərinin "Elmlər Akademiyası" m/st, Statistika komitəsi, "Gənclik" metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və "Dərnəgül" m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrutdan hər iki istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək. 3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib.

Belə ki, 53 nömrəli xətt üzrə avtobuslar "20-ci Sahə" dairəsi istiqamətində, Badamdar qəsəbəsi – Badamdar şosesi – Parlament prospekti – Azneft dairəsi – Neftçi Qurban küçəsi – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, Badamdar qəsəbəsi istiqamətində 20-ci Sahə dairəsi – Mikayıl Useynov küçəsi – Azneft dairəsi – Parlament prospekti – Badamdar şosesi - Badamdar qəsəbəsi istiqamətində hərəkət edəcək".

Xəbər lenti
0