CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis işçisi qəzada həlak oldu

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyasını dəyişən Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkili olub

BAKI, 6 yanvar — Sputnik. Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkili olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0