Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tovuzda itkin düşmüş uşağın yanmış meyiti tapıldı

© Sputnik / Rahim MuradovАвтомобиль ППС, фото из архива
Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb

BAKI, 6 yanvar – Sputnik. Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər olmayıb.

Xəbər lenti
0