CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki günə otuz yeddi cinayətin üstü "isti izlərlə" açılıb

CC BY-SA 2.0 / houstondwiPhotos mp / Handcuffs and a CarМужчина в наручниках, Архивное фото
Мужчина в наручниках, Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikanın daxili işlər orqanları tərəfindən iki gündə cinayət törətməkdə şübhəli bilinən qırx yeddi nəfər saxlanılıb

BAKI, 6 yanvar - Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən, 4-5 yanvar tarixlərində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Xəbər lenti
0