Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert Vergi Məcəlləsinə edilmiş dəyişikləri şərh edir

© Sputnik / Murad Orujovİqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev  - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev deyir ki, elektronlaşdırma prosesi nəticəsində vergi orqanı vergi ödəyicisinin əməliyyatlarını kameral şəkildə müşahidə edə bilir
Radil Fətullayev: “Vergi ödəyiciləri əvvəlki qaydada arayış təqdim etməlidirlər”

“Vergi Məcəlləsində edilən dəyişikliklər şəffaflığın artırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması və vergi inzibatçılığının gücləndirilməsi ilə əlaqədardır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev deyib.

Ekspert bildirib ki, 2019-cu ildə edilən dəyişiklikləri də ötən dəyişikliklərin davamı kimi qiymətləndirmək olar: “Elektronlaşdırma prosesi nəticəsində vergi orqanı vergi ödəyicisinin əməliyyatlarını kameral şəkildə müşahidə edə bilir. Hətta sistemin bununla bağlı hesabat hazılamaq imkanı da var, ancaq bütün əməliyyatlar nağdsız şəkildə gerçəkləşdirildikdən sonra bu prosesə başlamaq olar. Sistem tam şəkildə formalaşmadığı üçün onun nazirlik tərəfindən təqdim olunacağını demək olmaz. Vergi ödəyiciləri yenə ildə dörd dəfə arayış, bir dəfə isə gəlir bəyannaməsi təqdim etməlidirlər”.

Qeyd edək ki, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Bunlardan 73-ü yeni tədbir və anlayışlarla bağlı olduğu halda, 89-u düzəliş xarakterlidir.

Radil Fətullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0